ABŞ Trampı faktiki hökmdar kimi tanıyır
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp faktiki olaraq artıq ABŞ-ni idarə edir və hətta vəzifəyə başlamazdan əvvəl daxili və xarici siyasətlə məşğul olur.
Ajans.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən yazır.
Ağ Evin keçmiş yüksək rütbəli məmurlarından biri anonim şəkildə bildirib ki, “Tramp hələ prezident olmamasına baxmayaraq, əsas etibarilə bu anda şou aparır”.
Kanalın həmsöhbəti əlavə edib ki, seçilmiş Amerika lideri problemlərin həllinə kömək edərsə, “axmaq” hesab etdiyi qaydalara əməl etməyəcək. Bu yanaşmaya misal olaraq Meksika və Kanadaya tariflər tətbiq etmək təhdidləri, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı Trampın andiçmə mərasimindən əvvəl israilli girovları azad etməkdən imtina edərsə, ona “yüksək qiymət” barədə xəbərdarlıq daxildir.
Bundan əvvəl “Newsweek” jurnalı məlumat vermişdi ki, ABŞ-nin yeni seçilmiş prezidenti proseduru daha mütəşəkkil etmək üçün seçkilərin keçirilməsi prosedurunu dəyişdirmək planını açıqlayıb.