ABŞ ordusu müxalifətə Suriyada mühüm mövqelər tutmağa kömək edibmiş
Amerika qoşunlarının Suriyada qruplaşması müxalif qüvvələrə ən mühüm strateji nöqtələri ələ keçirməyə kömək edib.
Ajans.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Suriyanın şərqində müxtəlif məntəqələrdə 800-ə yaxın əsgəri olan ABŞ silahlı qüvvələri müttəfiq qüvvələrin hərəkətlərini koordinasiya edib və ona strateji əraziləri ələ keçirməyə icazə verib”, – deyə, nəşr yazır.
Bundan əvvəl müxalif Suriya Milli Ordusu Mənbic şəhərini ələ keçirib. Bu hücum zamanı kürdlərin mövqelərinə hava zərbələri endirilib. Tezliklə silahlılar ölkənin paytaxtı Dəməşqi ələ keçirib. Suriya Ərəb Respublikasının lideri Bəşər Əsəd postundan getməyə razılıq verib və ölkəni tərk edib. Putinin şəxsi göstərişi ilə ona və ailəsinə Moskvadan sığınacaq verilib. Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiya ABŞ-dən fərqli olaraq çətin vəziyyətlərdə dostlarını tərk etmir.