ABŞ Baydenə ciddi nəzarət edirmiş
ABŞ-nin hazırkı prezidenti Co Baydenin ətrafı onun hərəkətlərinə nəzarət edib və məhdudlaşdırıb.
Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Onlar ona çox yüksək səviyyədə baxırdılar” deyən adı açıqlanmayan mənbə əlavə edib ki, digər ABŞ prezidentləri köməkçilərinin belə ciddi nəzarəti ilə üzləşməyiblər.
Mənbələrin dediyinə görə, Baydenə kimlərlə ünsiyyət qura bilməsi, onun müttəfiqləri və digər mənbələrdən hansı məlumatları alması ilə bağlı məhdudiyyətlər qoyulub. Materialda qeyd olunur ki, hazırkı Amerika liderinin bütün səlahiyyət müddəti ərzində onu köməkçilər komandası müşayiət edib, onların dəstəyi səfərlər zamanı və ictimai çıxışlardan əvvəl xüsusilə vacib olub.