4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Qəza, ölənlər
Gündəm 02-12-2024 - 09:39

Ağdərədə 4 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Ajans.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizilar təyin edilib.

Qeyd edək ki, noyabrın 30-da Ağdərədə yolsuzluq avtomobilinin aşması nəticəsində Asəf Raquf oğlu Kərimov, Samir Mətləb oğlu Məmmədov, Mütalib Telman oğlu Həsənov, Sərdar İmran oğlu Alxanov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İlkin Qurban oğlu Zülfüqarov isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

PAYLAŞ: