25 reys təxirə salındı - SƏBƏB

Gündəm
28-12-2024 - 05:52
Tomsk, Surqut və Kemerovodan Kazana uçan reyslər Nijnekamskdakı alternativ Beqişevo aerodromuna yönləndirilib.
Ajans.az bu barədə Kazan hava limanının mətbuat xidmətinə istinadən xəbər verir.
Şənbə günü, dekabrın 28-də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında müvəqqəti fəaliyyət məhdudiyyətləri tətbiq edilib, 25 reys təxirə salınıb.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir