24 yaşlı oğlan kirayə tutduğu evdə ölü tapıldı

Hadisə
28-10-2024 - 06:34
Abşeronda 24 yaşlı oğlanın meyiti tapılıb.
Ajans.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Hikmət oğlunun Xırdalan şəhərində kirayə yaşadığı evdə meyiti aşkar edilib.
İlkin məlumata görə, 24 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.