2025-ci ilin rəngi BU OLACAQ

2025-ci ilin rəngi
Gündəm 11-12-2024 - 05:15

Pantone Beynəlxalq Araşdırma İnstitutu 2025-ci ilin əsas rəngini açıqlayıb.

Ajans.az xəbər verir ki, müvafiq material şirkətin saytında dərc olunub.

Beləliklə, qarşıdan gələn ilin rəngi “isti qəhvəyi”  (17-1230 “Mocha Mousse”) seçilib.

Bildirilib ki, bu rəng rahatlıq və sadə həzlər arzusunu simvollaşdırır.

Qeyd edək ki, Pantone 2000-ci ildən əsas rəngi seçir. Pantone mütəxəssisləri 2024-cü ilin əsas rəngi kimi “şaftalı kölgəsi” (13-1023 “Peach Fuzz”) seçmişdi.

PAYLAŞ: