100 mində 1 görülür: Hətta həkimlər də təəccübləndi - ŞOK

100 mində 1 görülür: Hətta həkimlər də
Həkim
Sağlamlıq 23-12-2024 - 14:42

Almaniyadan Antalyaya mədə-kol əməliyyatı üçün gələn 46 yaşlı tibb bacısı Antje Kirşt nadir xəstəliklə üzləşib.

Ajans.az xəbər verir ki, əməliyyat zamanı Kirştin mədəsini gözlənilən yerdə tapa bilməyən həkimlər təəccüblənib. Müayinələr nəticəsində sağ tərəfdə, qaraciyərin arxasında mədə aşkar edilib. 

Dünyada 100 mində bir dəfə görülən bu qeyri-adi anatomik vəziyyət həm xəstəni, həm də həkimləri təəccübləndirib. Antalyaya ilk dəfə gələn 46 yaşlı Kirşt 110 kilo çəkisi ilə piylənmə müalicəsi üçün müraciət edib. Almaniyada orqanlarının əyri ola biləcəyi diaqnozu qoyulduğunu bildirən Kirşt bu məlumatın nə demək olduğunu əməliyyat zamanı öyrənib. Əməliyyat zamanı cərrahi qrup Kirştin mədəsini sağ tərəfdə, qaraciyərinin arxasında tapıb. Bu qeyri-adi anatomik vəziyyət həm xəstənin, həm də komandanın təəccübünə səbəb olub.

Əməliyyatı reallaşdıran Ümumi Cərrahiyyə kafedrasının müdiri Prof. Dr. Alihan Gürkan təəccüblərini bu sözlərlə dilə gətirib:

“Bu tez-tez edilən əməliyyatlar arasında xəstədə fərqli bir anomaliya var idi. Deyilənə görə, 100 mində bir görülür. Bütün orqanlar tərsinə çevrilə bilər. Bu, daha çox rast gəlinən bir şeydir. Amma bu xəstədə bütün orqanlar yerindədir, ancaq mədə sağ tərəfdədir. Biz əməliyyata başlayanda bacarmadıq. Qaraciyəri çıxardığımızda mədəni sağ tərəfdə gördük. 2023-cü ilin məlumatlarına görə belə bir mədə əməliyyatı nadirdir. Cəmi 50 nəfərdə bu anomaliya müşahidə olunub. Biz bu işi uğurla icra etdik. Texniki cəhətdən çətin olan, lakin təcrübəmizi artıran əməliyyat oldu".

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: