Zelenski Trampı seçim qarşısında qoydu
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampı seçim qarşısında qoyub:
“Respublika nüvə silahına malik olmalıdır, ya da NATO- ya üzv olmalıdır”.
Ajans.az xəbər verir ki, Ukrayna liderinin sözlərini “Telegram” da “Biz Ukraynayıq” telekanalı sitat gətirib.Zelenski bildirib ki, Trampla söhbət zamanı ölkənin hərbi-siyasi bloka qoşulmasının vacibliyini vurğulayıb. Bundan əlavə, dövlət başçısı Budapeşt Memorandumunu xatırladıb.
Sentyabrın sonunda Zelenski Trampla Nyu Yorkdakı “Trump Tower”də görüşüb . O, ABŞ-nin keçmiş prezidentinə “qələbə planını” təqdim edib. Zelenski həmçinin Trampla münaqişənin sona çatması ilə bağlı ortaq fikrə malik olduğunu açıqlayıb.