Yüzlərlə insan kompüter nasazlığına görə hava limanında qaldı

Yüzlərlə insan kompüter nasazlığına görə
Hava limanı
Dünya 09-12-2024 - 13:22

Dubayın Əl-Maktum hava limanında kompüterin dağıdılması nəticəsində yüzlərlə rusiyalı uçuş gözləyib.

Ajans.az xəbər verir ki, bu barədə “Aviatorschina” adlı Telegram kanalı məlumat yayıb.

Texniki nasazlıq səbəbindən sərnişinlər bir neçə saatdır ki, uçuşlara qeydiyyatdan keçə bilmirlər. Mənbəyə görə, ən azı dörd Rusiya aviaşirkətinin Moskva, Novosibirsk və Tümenə reysi təxirə salınıb.

Belə ki, S7 sərnişinləri Tolmaçevo hava limanına saat 12:50-də (Moskva vaxtı ilə 11:50) uçmalı idilər, onların yola salınması saat 16:30-a (Moskva vaxtı ilə 15:30) təxirə salınıb. Ural Hava Yolları, Utair və Pobeda şirkətlərinin müştəriləri də 3,5-4,5 saat gecikmələrlə üzləşiblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: