Yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki satanlar HƏBS OLUNACAQ
Polşada hökumət yetkinlik yaşına çatmayan gənclərin gecə saatlarında 24/7 fəaliyyət göstərən yerlərdən alkoqol almasının qarşısını almaq üçün spirtli içki satışı ilə bağlı qanunları daha da sərtləşdirməyə qərar verib.
Ajans.az xəbər verir ki, yeni qaydalar sərxoş vəziyyətdə olan yeniyetmələrin avtomobil qəzaları və digər qəzalarla bağlı artan məlumatlarına cavabdır.
Polşada yetkinlik yaşına çatmayanlara spirt satışı qanunsuzdur və ağır cərimə və ya bir aylıq həbslə cəzalandırılır.
Lakin mövcud qaydalara əsasən, satıcıların müştərinin şəxsiyyət vəsiqəsini yoxlamaq səlahiyyəti var, baxmayaraq ki, bu məcburi deyil. Yeni tənzimləmə ilə bu, artıq məcburi olacaq.