Yeni çempion Ankalaev "fırıldaqçı" adlandırıldı

Keçmiş Ultimate Fighting Championship (UFC) yüngül ağır çəkili titul sahibi Jiri Proçazka bu çəkidə yeni çempion rusiyalı Maqomed Ankalayevi tənqid edib.
Ajans.az xəbər verir ki, onun sözləri “The Ariel Helwani Show” YouTube kanalında yayımlanıb.
Proxazka Ankalayevi fırıldaqçı adlandırıb:
“O, indi çempiondur, amma onu heç kim tanımır”.
Martın 9-da Ankalayev UFC 313-də Aleks Pereyra üzərində qələbə qazanıb. Hakimlər yekdil qərarla qələbəni rusiyalıya veriblər.
Ankalayev UFC-də çempiondan kəmər alan ilk rusiyalı olub. Onun bütün həmyerliləri sələfləri vakant titulları ələ keçirib.
Qeyd edək ki, sözügedən döyüşdən sonra Ankalaev barədə mənfi rəylər artıb. İnsanlar bu barədə narazılıq edir, bildirirlər ki, çeçenlər ancaq güləşir, heç biri ayaq üstə döyüşmür.