Ançelotti Arda ilə bağlı ilk dəfə belə DANIŞDI - "Təcrübəli futbolçudu, lakin..."
La Liqanın 9-cu həftəsində "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Vilyarreal"ı Federiko Valverde və Vinisius Juniorun qolları ilə 2:0 hesabı ilə məğlub edib. Türkiyə Millisinin futbolçusu Arda Gülər matça ehtiyat oyunçular skamyasında başlayıb və 79-cu dəqiqədə Vinisiusu əvəzləyib.
"Ajans" haberler.com-a istinadən xəbər verir ki, Arda Gülər 'in mövsüm başından bu yana keçirdiyi dövr gündəmdə qalarkən, baş məşqçi Karlo Ançelottinin onu niyə natçlarda son dəqiqələr oyuna buraxdığı ortaya çıxıb.
Xəbərdə Gülərin Valdebebas müəssisəsindəki məşq performansı və oradan reportaj yer alıb. Karlo Ançelottinin məşqdə Ardanın müdafiə töhfəsini qeyri-kafi gördüyü və narazılığını ifadə etdiyi iddia edilib.
Xəbərdə Gülərin hücum qabiliyyətlərinin danılmaz olduğu, lakin texniki heyətin müdafiədə daha sıxlıq və əzmkarlıq gözlədiyi və bu vəziyyətin Ardaya çatdırıldığı bildirilir.
Ançelottinin müdafiədə Ardadan daha çox gözləntiləri olduğu və oyunçuları arasında müdafiə hərəkətlərini vurğulamağa meylli olduğu bildirilir. Görünür, Arda qarşıdakı matçlarda daha çox oyun vaxtı tapmaq üçün müdafiə bacarığını təkmilləşdirməyə davam etməlidir.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuatın suallarını cavablandırıb.
Karlo Ançelotti Arda Gülərin niyə bu qədər az vaxt ayırdığı ilə bağlı sualı da cavablandırıb. Təcrübəli çalışdırıcı komandadaxili rəqabət səbəbindən Ardanın çox oyun vaxtı ala bilmədiyini deyib.
Qeyd edək ki, La Liqada cəmi 251 dəqiqə oynaya bilən Arda komandada ən az oyun keçirən futbolçular sırasındadır.