"Yaxın Şərqdə baş verənlər göstərir ki, biz insanlıq hissini itirmişik" - Aİ
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell etiraf edib ki, Ukraynadakı münaqişə indi ikinci dərəcəli mövqe tutub.
Ajans.az xəbər verir ki, o, bu barədə İspaniyanın “RNE” radiosuna müsahibəsində danışıb.
“Yaxın Şərqdə baş verənlər bizim insanlıq hissimizi itirdiyimizi göstərir. Biz artıq Ukraynadakı müharibə haqqında o qədər də danışmırıq, sanki bitib, amma yox, sizi əmin edirəm ki, o, bitməyib, eyni intensivliklə davam edir”, - deyə, o bildirib.