"Yalı çapkını" ilə bağlı final qərarı verildi
"Yalı çapkını" serialının finalı ilə bağlı qərar verilib.
Ajans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin 100-cü bölümdə izləyicilərlə vidalaşacağı bildirilib. Lakin reytinqlərdə geriləmə davam edərsə, finalın daha tez ola biləcəyi də istisna edilməyib.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.