WAKO-nun Prezidenti Azərbaycanda işgüzar səfərdədir - FOTOLAR

Dünya Kikboksinq Federasiyaları Assosiasiyasının (WAKO) Prezidenti və Vitse-prezidenti Azərbaycanda işgüzar səfərdədir.
Ajans.az xəbər verir ki, 2 mart tarixində ölkəmizə gələn Dünya Kikboksinq Federasiyaları Assosiasiyasının Prezidenti (WAKO) Roy Baker, Dünya Kikboksinq Federasiyaları Assosiasiyasının Vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının Prezidenti Salim Kayıcı Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyevlə birlikdə, ilk olaraq Şəhidlər Xiyabanını, Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Qonaqlar sonrakı günlərdə Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə görüşləri gözlənilir.
Bundan başqa, onların Azərbaycan Kikboksinq Federasiyanın Fəxri Prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə, Azərbaycan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyevlə, kikboksçularla geniş tərkibdə görüşləri nəzərdə tutulur.
Mediaya müsahibə verən cənab Roy Baker 2027-ci ildə usaqlar, kadetler, yeniyetmələr və gənclər arasında baş tutacaq Avropa Çempionatının Bakıda keçirilməsinin planlandığından bəhs edib. O bu haqda Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyilə danışıqların aparıldığını və növbəti günlərdə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri ilə görüşdə də bu məsələnin danışılacağını bildirib.