Ülviyyə Bəbirovaya yüksək vəzifə verildi

Ülviyyə Bəbirovaya yüksək
Cəmiyyət 04-04-2025 - 17:02

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

Ajans.az Report-a istinadən bildirir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiq ediblər.

Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.

2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

PAYLAŞ: