Türkiyəyə uçan təyyarə Moskvada təcili eniş etdi

Dünya
01-03-2025 - 17:52
Moskvadan Antalyaya uçan təyyarə Vnukovo hava limanına qayıdıb.
Ajans.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
"Moskva (Vnukovo) - Antalya marşrutu üzrə DP 839 reysini yerinə yetirən təyyarə sistemlərdən birində sensorun işə düşməməsi səbəbindən təyyarə hava limanına qayıdıb", - məlumatda qeyd olunub.
Aviaşirkət əlavə edib ki, təyyarə normal eniş edib və sərnişinlər başqa təyyarəyə köçürülüb.