Türkiyədə 2 minə yaxın şəxs saxlanılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaqa etiraz olaraq keçirilən icazəsiz aksiyalarda bu günə kimi 1 879 nəfər saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Yerliqayanın sözlərinə görə saxlanılanlardan 260-ı həbs olunub.
“Ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil. Heç bir təbliğat həqiqətin qarşısını ala bilməz. Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”, - Yerliqaya əlavə edib.