Türkiyə 87 gəmi, 31 təyyarə və 20 min hərbçini əraziyə GÖNDƏRİR

Türkiyə 87 gəmi, 31 təyyarə və 20 min hərbçini əraziyə
Dünya 05-01-2025 - 21:54

Türkiyə Qara, Egey və Aralıq dənizlərində eyni vaxtda yerli sistemlərdən istifadə edən 87 gəmi, 7 sualtı qayıq, 31 təyyarə və 20 min əsgərin iştirakı ilə “Mavi Vətən 2025” təlimi keçirəcək.

Ajans.az "Haberler"ə istinadən xəbər verir ki, təlimlər Yunan mətbuatında narahatlıqla yaradıb.

Türkiyə 87 gəmi, 7 sualtı qayıq, 7 pilotsuz dəniz vasitəsi, 31 təyyarə, 17 helikopter və 28 İHA/RPA, həmçinin SAT və SAS qruplarından ibarət 20 min nəfərin iştirakı ilə “Mavi Vətən 2025” təlimi keçirəcək.

Genişmiqyaslı təlim Türkiyə Silahlı Qüvvələrinin dəniz əməliyyatlarına hazırlığının artırılması, tapşırığın icrasının səmərəliliyinin artırılması və koordinasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. Təlimdə eyni zamanda Türkiyənin Qara, Egey və Aralıq dənizlərində dəniz effektivliyi və əməliyyat imkanları yoxlanılacaq.

PAYLAŞ: