Trampa sui-qəsd hazırlanmasından ƏMİNDİRLƏR!
ABŞ prezidenti Co Bayden İran hakimiyyətindən Ağ Evin rəhbəri vəzifəsində sələfi Donald Trampa və digər keçmiş yüksək vəzifəli məmurlara qarşı “hiylə qurmağı” dayandırmağı tələb edib.
Ajans.az xəbər verir ki, dövlət başçısının dediyinə görə, Vaşinqton Trampın həyatına sui-qəsdi müharibə aktı kimi qiymətləndirəcək.
Tehranın hədəfində olan keçmiş məmurlar arasında keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, keçmiş dövlət katibi Mayk Pompeo və Tramp administrasiyasının İran üzrə xüsusi nümayəndəsi Brayan Huk da var. Pompeo və Huk təhdidlərə görə artıq hökumətin himayəsindədir.
Bundan əvvəl məlum olub ki, Bayden Donald Trampı hərbi təyyarələrlə təmin edəcəyinə söz verib. Onun sözlərinə görə, İrandan gələn təhdidlər fonunda respublikaçıya əlavə müdafiə də veriləcək. Trampın qərargahının özü Tehrandan gələ biləcək təhlükəyə görə Amerika hakimiyyətindən hərbi yardım istəyib. Siyasətçinin müşavirləri əmindirlər ki, ona qarşı sui-qəsd hazırlanır.