Tramp Zelenskini tək qoydu - Kiyevin taleyi necə olacaq?

Tramp Zelenskini tək qoydu -
Siyasət 03-03-2025 - 14:27

“Rusiya hazırki vəziyyətdən istifadə edərək daha çox ərazi əldə edə, Kiyevi sarsıdıcı məğlubiyyətə uğrada bilər. Ona görə Zelenski çalışır ki, ABŞ ilə problemləri həll etsin”.

Bunu Ajans.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, ABŞ-nin Kiyevdən dəstəyini geri çəkməsi nəinki müharibənin taleyinə, Ukraynanın gələcəyinə də təsirsiz ötüşməyəcək:

“ABŞ-nin Ukraynadan dəstəyini geri çəkməsi müharibənin taleyinə əsaslı şəkildə təsir göstərəcək. Çünki müharibənin başlamasından bu yana həm hərbi, həm maliyyə cəhətdən Ukraynaya ən böyük dəstəyi ABŞ göstərmişdi. Təqribən 120 milyard dollarlıq dəstək göstərilib. Digər dövlətlər hamısı birgə 120 milyard vəsait ayırıbsa, ABŞ təkcə bu məbləği ayırıb. Bu, Kiyevi həm hərbi cəhətdən - silahların alınması məsələsində geriyə salacaq, həm də maddi cəhətdən Ukraynanı çətin vəziyyətdə qoyacaq”. 

Politoloq qeyd edib ki, Avropa ölkələri Ukraynaya dəstəkdə kəsinti olmamasına çalışır:

“Dünənki London sammitindən sonra keçirilən mətbuat konfransında verilən açıqlamalardan da məlum oldu ki, Britaniya, Fransa, Almaniya, eyni zamanda Türkiyə Ukraynaya müəyyən dəstək verməyə hazırdılar. Britaniya açıqladı ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinə yardım edəcək, eyni zamanda 2,8 milyardlıq bir yardım paketi ayırdı”.

PAYLAŞ: