Tramp Maska dəstək üçün bu addımı atacaq

Dünya
11-03-2025 - 18:25
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Maskın “Tesla” ilə bağlı son etiraz aksiyaları ilə bağlı paylaşım edib.
Ajans.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Elon Maskın ölkəsi üçün "çox çox çalışdığını və böyük iş gördüyünü" müdafiə edib:
"Radikal solçu dəlilər, tez-tez etdikləri kimi, dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Tesla və Elonun "körpəsini" qeyri-qanuni şəkildə boykot etməyə çalışırlar".
Donald Tramp həmçinin Maska dəstək üçün "Tesla" avtomobili alacağını qeyd edib.
Xatırladaq ki, ABŞ-da martın 2-si və 8-də ölkənin müxtəlif bölgələrində Tesla avtosalonları qarşısında nümayişlər keçirilib.
Cavidan Mirzəzadə
Vəzifəsi: