Tramp göz yaşlarına boğuldu - SƏBƏB

Tramp göz yaşlarına boğuldu -
Tramp
Dünya 26-02-2025 - 09:12

Prezident Donald Tramp bildirib ki, xəritədə “Amerika Körfəzi” adını görəndə duyğulanır.

Ajans.az xəbər verir ki, sözügedən mətbuat konfransı Fox tərəfindən yayımlanıb.

“Xəritəyə baxanda heyrətlənirəm. Gözlərimdən yaş süzülür. Amma mən istəmirəm, insanlar desin ki, Tramp daha dözə bilmədi və göz yaşlarına boğuldu”.

Yanvarın sonunda ABŞ rəsmi olaraq Meksika körfəzinin adını Amerika Körfəzi adlandırıb. Körfəzin adının dəyişdirilməsini Amerika prezidenti Donald Tramp inaqurasiya mərasimi zamanı bəyan edib.

Bundan sonra Google xəritələrdə Amerika körfəzini rəsmi olaraq imzalamağa başlayıb. Korporasiya aydınlaşdırıb ki, Google Maps-dən istifadə edən amerikalılar yalnız Amerika körfəzini görəcəklər, lakin dünyanın qalan ölkələrinin sakinləri mötərizədə göstərilən coğrafi obyektin qoşa adından istifadə edə biləcəklər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: