Tort yeyən ailənin ölümü ilə bağlı yeni TƏFƏRRÜATLAR - Ərini də bu cür öldürübmüş...

Braziliyanın Torres şəhərində baş verən faciəvi hadisədə bir qadının bişirdiyi Milad tortu onun üç qohumunun ölümünə səbəb olub.
Ajans.az xəbər verir ki, zəhərlənmiş tortu yeyən Maida Bernice Flores da Silva, Neuza Denize Silva Dos Anjos və Tatyana Silvia Dos Santos dünyasını dəyişib.
Hadisədən sonra tortu bişirən qadının gəlini Deise Moura qətldə şübhəli bilinərək həbs edilib. Hadisə ilə bağlı araşdırmalar davam edərkən, polis laboratoriya nəticələrini gözləyir.
Maida Bernice Flores da Silva (58), Neuza Denize Silva Dos Anjos (65) və qızı Tatyana Silvia Dos Santos (43) zəhərlənmiş tortu yedikdən bir neçə saat sonra dünyasını dəyişib. Müayinələr zamanı ölənlərin bədənində arsen zəhəri aşkar edilib.
Hadisədə diqqət çəkən digər məqam isə şübhəli Zelinin əri Paulo Luisin bir neçə ay əvvəl “qida zəhərlənməsi” səbəbindən dünyasını dəyişməsidir. Polis araşdırmalar çərçivəsində gələn həftə Paulonun cəsədini eksqumasiya edəcək. Paulo və Zeli bağlarında yetişdirdikləri bananı yedikdən sonra xəstələnib və Paulo bir neçə saat ərzində ölüb.