Tokayev Ceyhun Bayramovu qəbul edib

Tokayev Ceyhun Bayramovu
Ceyhun Bayramov
Gündəm 11-03-2025 - 14:44

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Ajans.az xəbər verir ki, görüşdə Qazaxıstan lideri Azərbaycanın ölkəsi üçün qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanla münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığına diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfəri iki ölkə arasındakı əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir: “Biz eyni zamanda, Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görürük”.

Görüş zamanı tərəflər Xəzər dənizinin dibi ilə rabitə və elektrik xətlərinin çəkilməsi də daxil olmaqla, birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

PAYLAŞ: