"TƏBİB COP29-a tam hazırdır" - Vüqar Qurbanov

"TƏBİB COP29-a tam hazırdır" -
Vüqar Qurbanov
Cəmiyyət 30-10-2024 - 11:26

Bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair brifinq keçirilir. 

Ajans.az xəbər verir ki, brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və digər rəsmilər çıxış edir. Brifinq Vüqar Qurbanovun çıxışı ilə başlayıb. 

“Bildiyiniz kimi, konfrans 11-22 noyabrda baş tutacaq. Ölkəmizin nüfuzunun inkişafına öz töhvəsini verəcək. Bütün dövlət və özəl qurumlara məsuliyyət düşür. TƏBİB üzərinə düşən öhdəlikləri yerinə yetirib. İlk olaraq onu deyim ki, TƏBİB fəaliyyətində olab tibb müəssisələrinin hamsına baxış keçirilib. Tibb işçiləri ilə treyninqlər təşkil olunub. Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb. COP29 keçirildiyi vaxtda təcili hal olarsa, Sabunçu xəstəxanasında 370 çarpayı təmin edilib. Əgər infeksiya ilə bağlı xəstəliklər olarsa, 10 çarpayı hazır vəziyyətdədir. Yanıq zədələri üçün isə yanıq şöbəsi yaradılıb. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində zəruri işlər görülüb, briqadalar hazırlanıb. 60 ədəd yeni ambulans artıq təhkim olunub. Təcili yardım xidməti üçün təlimlər keçirilib. Mərkəzi çağrı xidmətinə daxil olan zəngləri operativ cavablamaq üçün hazırlıqlar görülüb. Bundan əlavə, data-serverə baxış keçirilib və yeni qurğularla təmin olunub. İki həftə ərzində bütün ölkənin diqqəti Azərbaycana yönələcək”. , - deyə, Vüqar Qurbanov brifinqdə danışarkən bildirib. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: