Tanınmış iş adamı qisas almaq üçün 20 yaşlı məşuqəsinin başına OYUN AÇDI

Tanınmış iş adamı qisas almaq üçün 20 yaşlı məşuqəsinin başına
Məşuqə
Kriminal 11-12-2024 - 10:56
 376

Tanınmış iş adamı qisas almaq üçün 20 yaşlı məşuqəsinin başına OYUN AÇDI

Moskvada 37 yaşlı evli kişi qisas almaq üçün 20 yaşlı məşuqəsinə təcavüz edib.

Ajans.az xəbər verir ki, qız kişinin arvadına münasibətləri barədə danışıb.

Təfərrüatlara gəldikdə isə, pərakəndə ticarət şirkətinin evli meneceri aptek işçisi ilə münasibətə başlayıb. İş adamı ailəsini tərk edəcəyinə söz verənə qədər münasibətləri normal olub. Məşuqə onun vədinə əməl etməsini bir neçə ay gözləyib, lakin bu baş verməyib. Sonra başqa bir gənc tapıb. Bu baş verməmişdən əvvəl o, nikahın dağılmasına səbəb olan münasibəti kişinin həyat yoldaşına danışıb.

Noyabrın 10-da kişi məşuqəsinin yanına gələrək ona qarşı şifahi zorakılıq edib. Daha sonra da qıza təcavüz edib. Qız yeni sevgilisinə göndərdiyi videoda hər şey qeydə alınıb və o, polisə müraciət edib.

Hüquq-mühafizə orqanları operativ şəkildə hadisə yerinə gələrək cinayətkarı nəzarətə götürüblər. Ona qarşı zorlama və cinsi zorakılıq maddələri ilə cinayət işi açılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: