Suriya PKK qüvvələrini məhv etməyi planlaşdırır

Suriya PKK qüvvələrini məhv etməyi planlaşdırır
Dünya 14-12-2024 - 18:46

Suriyanın Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən PKK qüvvələrini tamamilə məhv etməyi planlaşdırır.

Ajanz.az xəbər verir ki, Suriya müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həməd bu barədə özünün sosial media hesabında yazıb.

“Xalq Suriyanın şərqində fəaliyyət göstərən PKK terrorçularından qurtulmağı tələb edir. Separatçı layihələr məhv edilməyənədək Suriyada təhlükə bitməyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, noyabrın sonunda Suriya müxalifəti hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 8-də Dəməşq nəzarət altına alınıb və prezident Bəşər Əsəd ölkədən qaçıb. Dekabrın 10-da Xilas hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

PAYLAŞ: