Sumqayıtda 40 yaşlı kişini bıçaqlayan şəxs SAXLANILDI

Sumqayıtda 40 yaşlı kişini bıçaqlayan şəxs
Həbs
Kriminal 08-02-2025 - 10:46

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

Ajans.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfillinin sözlərinə görə, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

    PAYLAŞ: