Ermənistanla sülhə mane olmaq istəyən Rusiyanın tükürpədən planı - DETALLAR

Ermənistanla sülhə mane olmaq istəyən Rusiyanın tükürpədən planı -
Siyasət 21-02-2025 - 12:18

Rusiya Bakı və İrəvan arasında sülh imzalanmasında heç vaxt maraqlı olmayıb. 30 il torpaqlarımız işğal altında qalanda Rusiya çalışırdı ki, Qarabağ məsələsi öz həllini tapmasın. Çünki Rusiya bu münaqişədən Ermənistanı və Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün istifadə edirdi”.

Bu sözləri Ajans.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, Rusiya özünü sülh danışıqlarının aparılması üçün "meydança" kimi təqdim edir:

“Rusiya prezidenti də, səlahiyyətli nümayəndələri də vaxtaşırı bunu deyirlər. Əslində Rusiya indi də sülhün imzalanmasında maraqlı deyil. Gürcüstanda gedən proseslər də göstərir ki, Rusiya Cənubi Qafqazdakı mövqeyini bərpa etməyə çalışır. Eyni zamanda son günlər Ermənistanda baş verən hadisələr ruspərəst qüvvələrin baş qaldırmasına səbəb olub. Bu onunla əlaqədardır ki, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ adminstrasiyası İrəvana əvvəlki "mehriban" münasibəti göstərmir. Ona görə də Paşinyanın komandası yenidən Rusiyanın qanadı altına qayıtmaq üçün yollar axtarır”.

Siyasətçinin sözlərinə görə, Rusiya proseslərin öz nəzarətində olmasını istəyir:

“Bunun üçün də regionda gərginlik olmalıdır. Ola bilər ki, Rusiya Gürcüstanla Azərbaycanın münasibətlərinə də gərginlik gətirməyə cəhd etsin. Hələlik görünən budur ki, Ermənistanla Azərbaycan arasındakı proseslərə mane olmağa çalışırlar”.

Mövzu ilə bağlı danışan politoloq Əli Zülfüqaroğlu deyib ki, bölgədə stabilliyin bərpa edilməsi üçüncü qüvvələri ona görə narahat edir ki, onlar gərginlikdən istifadə edərək öz geosiyasi maraqlarını reallaşdıra bilmirlər:

“Bu baxımdan Rusiya, Fransa, ABŞ həmişə Ermənistanla Azərbaycan arasında gərginliyin, eslakasiya risklərinin olması ilə bağlı siyasət yürüdüblər. 30 il ərzində biz bunu müşahidə etmişik.

Bu gün Azərbaycan öz torparlaqını azad edib və bölgədəki geosiyasi reallıqları dəyişib. Azərbaycan artıq öz prinsipial mövqeyini ortaya qoyur və sülh danışıqları ilə bağlı konkret şərtlərini irəli sürür, heç bir halda geri çəkilməyəcəyini bəyan edir. O cümlədən Azərbaycan üçüncü qüvvələrin oyundan kənar qalması üçün Ermənistanla ikitərəfli danışıqların davam etdirilməsi təklifini verdi. Bir neçə dəfə bu görüşlər baş tutdu və pozitiv meyillər müşahidə edildi. Bu proseslərdən sonra bir sıra dövlətlər öz narahatlıqlarını büruzə verirlər və Ermənistana təhrikedici addımlar atması üçün təzyiqlər edirlər. Məsələn, Rusiyanın İrəvana gizli silah verməsinin şahidi olduq”.  

Politoloq onu da qeyd edib ki, Rusiya və digər dövlətlərin bölgədə pozuculuq hərəkətlərindən asılı olmayaraq Azərbaycan güclü mövqeyə sahibdir: 

“Azərbaycan tarixi uğura imza ataraq, uzaq perespektivdə ölkəmizə qarşı yaranacaq təhdidləri neytrallaşdırmaq üçün Türkiyə ilə Şuşa bəyannaməsini imzaladı. Bu Azərbaycanın ən böyük diplomatik uğurlarından idi.

Düşünürəm ki, indiyədək aparılan siyasət Azərbaycanın əlini kifayət qədər gücləndirib, ona görə də hansısa dövlətin, müəyyən qurumların pozuculuq fəaliyyətindən asılı olmayaraq Azərbaycan güclü mövqeyə sahibdir. Bölgədə Azərbaycanı öz mövqeyindən geri çəkmək üçün heç bir dövlətin imkanları yoxdur”.

Cavidan Mirzəzadə, Ajans.az

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: