Sinvarın ölümündən əvvəlki son anları YAYILDI - VİDEO
HƏMAS lideri Yəhya Sinvar Qəzza zolağının cənubunda İsrail ordusu qüvvələri tərəfindən öldürülüb. Sinvarın vurulduğu iddia edilən görüntülər İsrail sosial mediasında yayılıb.
Ajans.az xəbər verir ki, sözügedən görüntülər İsrail mətbuatında paylaşılıb. Görüntülərdə Sinvarın yaralı halda stulda oturduğu və əlindəki əşyanı ona yaxınlaşan pilotsuz təyyarəyə atdığı görülüb.
İsrailin paylaşdığı digər görüntülərə görə, qapalı kimi görünən yerdə stulda oturan cansız bədən diqqəti çəkir.