Şərurda 83 yaşlı kişi yanaraq öldü

Hadisə
11-03-2025 - 10:32
Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.
Ajans.az xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.
Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.
İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.