Sərdar Ortaç instaqram hesabını bağladı

Şou Biznes
14-11-2024 - 08:00
Ev dustaqlığına məhkum edilən məşhur müğənni Sərdar Ortaç İnstaqram hesabını bağlayıb.
Ajans.az xəbər verir ki, “qanunsuz mərc oynamağı təşviq etmə” iddiası ilə aparılan araşdırma nəticəsində Ortaç və aparıcı Mehmet Ali Erbil barəsində ev dustaqlığı qərarı çıxarılıb. Qərardan sonra Serdar Ortaç sosial şəbəkədə silsilə paylaşımlar edərək gündəlik tutmağa başladığını açıqlayıb.
Lakin dünən axşam Ortaç İnstaqram hesabını bağlayaraq radikal qərar verib. Amma o, X hesabını açıq saxlamağa davam edib. Ortaçın İnstaqramda 3 milyon 400 min izləyicisi olub.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
İmkanlı yaşlı qadınlar bu səbəbə görə cavan oğlanlarla birlikdə olur - Şok sözlər
Şou Biznes17:52 / 18-04-25