SEPAH İranda Amerika və İsrail casusluq şəbəkələrini SIRADAN ÇIXARIR

İranın Mazandaran əyalətinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri elan edib ki, ABŞ, İsrail, həmçinin digər düşmən ölkələrin kəşfiyyat xidmətləri xarici vətəndaşlardan və tez-tez səyahət edənlərdən istifadə edərək İrana fəal şəkildə sızmağa çalışırlar.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, bu agentlərin çoxu kommersiya şirkətləri, mədəniyyət mərkəzləri və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərərək, məxfi məlumatları toplamaq və ya İran daxilində təsir şəbəkələri yaratmaq istəyirdilər.
Dəqiq kəşfiyyat monitorinqi sayəsində İran İnqilabı Keşikçiləri Korpusunun qüvvələri bu casusluq hücrələrini uğurla müəyyən edib dağıdıblar, deyə komandir vurğulayıb ki, bu əməliyyatlar nəinki böyük təhlükəsizlik təhdidlərini zərərsizləşdirib, həm də potensial böhranların qarşısını alıb.