Şəlalə Mirzəli güllələndi - FOTO
Sakaryanın Adapazarı rayonunda keçmiş sevgilisi tərəfindən silahla vurulan Azərbaycan əsilli Şəlalə Mirzəli xəstəxanada dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, hadisədən sonra şübhəli Ələddin A. tutularaq nəzarətə alınıb. Adapazarı mahalında köhnə sevgilisi Ələddin A. (45) qadını tapançayla vurub.
Hadisədən sonra qaçan şübhəli yaxalanaraq saxlanılıb. Hadisə saat 09:00 radələrində rayon ərazisində baş verib. Bazarda işlədiyi aşkarlanan Azərbaycan əsilli Şəlalə Mirzəli 6 yaşlı uşağını qohumunun evinə qoyub iş yerinə gedərkən tapança ilə güllələnib. Həkimlərin bütün səylərinə baxmayaraq Şəlalə Mirzəlini xilas etmək mümkün olmayıb.