Səhiyyə səlahiyyətliləri vəhşiliyi fərq etdi: Yeni doğulmuş körpəni basdıran iki şübhəli TUTULDU

Səhiyyə səlahiyyətliləri vəhşiliyi fərq etdi:
Türkiyə
Kriminal 17-01-2025 - 13:59

Dənizlidə hamiləliyini izlədikləri Z.Ü.-nin mərkəzə gəlməməsi ailə sağlamlıq mərkəzinin əməkdaşlarını şübhələndirib.

Ajans.az xəbər verir ki, xəbərdarlıqdan sonra qadının noyabr ayında uşaq dünyaya gətirdiyi müəyyən edilib. Yeni doğulan körpəni torbaya basdırdıqları müəyyənləşən iki şübhəlinin hekayələri insanları şoka salıb.

Dənizlinin Pamukkale rayonunda noyabr ayında ölü doğulmuş körpəni evdə basdırdığı iddia edilən iki şübhəli saxlanılıb. İl Təhlükəsizlik Müdirliyi Cinayət Büro Komandirliyi qrupları tərəfindən Z.Ü. (36) və Ö.T (37) nəzarətə alınıb.

Ata Ö.T. ifadəsində körpənin 7 aylıq vaxtından əvvəl doğuş nəticəsində öldüyünü iddia edib. Ö.T ifadəsində “Z.Ü.-nin ağrıları başlayanda panikaya düşdük. Z.Ü. rəfiqəsinin evində doğum etdi. Körpə ölü doğuldu. Çantaya qoyub verdi. Mənə, “Sən atasan, səni xilas etməlisən” dedi. Bunun üzərinə onu 65 gün əvvəl Pınarkent Məhəlləsində ətraf yolun yanında bir tarlaya basdırdım” sözlərini deyib.

Z.Ü-nin susmaq hüququndan istifadə etdiyi bildirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: