“Seçki azad və ədalətli olacaq, amma...” – Bayden
ABŞ Prezidenti Co Baydenin cümə günü Ağ Evdə baş tutan mətbuat brifinqindəki müsahibəsi xalq arasında marağa səbəb olub.
Ajans.az xəbər verir ki, müxbirlər Prezidentə seçki ilə suallar verib, hər hansısa narahatlıqlarının olub-olmamasını soruşub. Bayden isə seçkinin azad və ədalətli olacağından əmin olduğunu, amma dinc olub-olmayacağını bilmədiyini qeyd edib. “Trampın dediyi sözlər və keçən dəfə seçkinin nəticəsini bəyənmədiyi zaman işlətdiyi ifadələr çox təhlükəli idi”,-deyə, Prezident öz fikirlərinə əlavə edib.
Qeyd edək ki, hal-hazırda bir çox media qurumunun və siyasətçilərin məsələ ilə bağlı fərqli baxış bucaqları mövcuddur. Cəmiyyətin bir çox üzvü D. Trampın təhlükə ərz etdiyinə inanclıdır.