Şakiradan ACI XƏBƏR

Kolumbiyalı müğənni Şakira dünya turnesi zamanı Peruda xəstəxanaya yerləşdirilib.
Ajans.az xəbər verir ki, bu barədə The Guardian yazır.
Müğənni qarın ağrısı şikayəti ilə ölkənin paytaxtı Limadakı klinikanın təcili yardım otağına gedib. Həkimlər onu xəstəxanaya yerləşdirməyə qərar veriblər.
Şakira daha sonra pərəstişkarlarına müraciət edib. O, həkimlərin ona tamaşanı ləğv etməyi tövsiyə etdiyini açıqlayıb. Müğənni həmçinin bazar ertəsi xəstəxanadan çıxacağına ümid etdiyini bildirib.
Ümumilikdə, Şakiranın iyunun sonuna qədər qastrol səfəri zamanı Latın Amerikasında 50-yə yaxın konsert verməsi planlaşdırılır.