Saakaşvili Gürcüstan müxalifətini geniş etiraz aksiyalarına çağırıb
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə müxalifətini parlament seçkilərinin nəticələrini boykot etməyə və “böyük etirazlar” təşkil etməyə çağırıb.
Ajans.az xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində bəyanat yayıb.
O, müxalifət partiyalarını yeni parlamentə daxil olmamağa, həmçinin “başlarına kül səpməməyə” çağırıb.
“İndi dünyaya azadlıq uğrunda mübarizə apardığımızı və ədalətsizliyə dözməyən xalq olduğumuzu göstərmək üçün böyük etirazların vaxtıdır. Çox az vaxt var!” – eks-prezident yazıb.