Rusiyaya gedənlərin NƏZƏRİNƏ: İşləyə bilməyəcəksiniz!
Omsk vilayətində əcnəbi vətəndaşlara 2025-ci ildə yeddi sahədə patent əsasında işləmək qadağan ediləcək.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vitali Xotsenko özünün “Telegram” kanalında məlumat verib. Sənəd 2025-ci il martın 1-dən qüvvəyə minəcək. Qubernatorun aydınlaşdırdığı kimi, miqrantlar təhsil, səhiyyə, ticarət, dərman, məhsulların istehsalı, ovçuluq və sosial xidmətlər sahələrində işləyə bilməyəcəklər.
Oktyabrda məlum olub ki, Primorsk diyarında miqrantların 41 iqtisadi fəaliyyət sahəsində patentlə işləməsini qadağan etmək istəyirlər. Onlar həmçinin 2025-ci ildə əcnəbilərin işləməsinə icazə verilməyən sahələrin siyahısını genişləndirməyi planlaşdırırlar.
Bundan əvvəl Samara vilayətinin hakimiyyət orqanları miqrantlara patent əsasında işləmək qadağan edilən peşələrin siyahısını genişləndirib. Əcnəbilər tez xarab olan çörək məmulatlarının, uşaq qidalarının və qida məhsullarının istehsalı sahəsində patent əsasında işləyə, habelə spirtli içkilər və tütün məmulatlarının satışı ilə məşğul ola bilməzlər.