Rusiyada yaşayan azərbaycanlılara BƏD XƏBƏR - Bu şəxslərin vətəndaşlığı ləğv ediləcək

Rusiyada yaşayan azərbaycanlılara BƏD XƏBƏR -
Rusiya, Vətəndaşlıq
Cəmiyyət 11-11-2024 - 15:58
 853

Rusiya vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurunu başa çatdırmamış şəxslər 2024-cü il noyabrın 23-dən Rusiya vətəndaşı statusundan məhrum ediləcəklər.

Ajans.az Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, “22 noyabr 2024-cü il tarixdə əvvəllər qüvvədə olan 31 may 2002-ci il tarixli federal qanuna uyğun olaraq Rusiya vətəndaşlığının verilməsi barədə qərarlar qəbul edilmiş şəxslərin Rusiya Federasiyasının vətəndaşlığına and içmə müddəti başa çatır. Rusiya Federasiyasının vətəndaşlığı 2024-cü il noyabrın 23-dən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar etibarsız olacaq”, - deyə məlumatda bildirilir.

Fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq alarkən ondan azad edilmiş şəxslərə şamil edilmir. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: