Rus məhkəməsi ABŞ vətəndaşını Ukrayna uğrunda döyüşdüyü üçün HƏBS ETDİ
Rusiya məhkəməsi ABŞ vətəndaşını Ukrayna uğrunda döyüşdüyünə görə 6 il müddətinə azadlıqdan məhrum edib.
Ajans.az xəbər verir ki, Stiven Hubbard adlı şəxs bu gün Moskva Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. Rus dövlət mediası TASS bildirib ki, Moskva məhkəməsi Hubbardı Ukrayna naminə muzdlu əsgər kimi döyüşməkdə ittiham edib və 6 il, 10 ay müddətinə həbs edib.
Rusiya prokurorları, Hubbardın ayda təxminən 1000 dollarlıq müqavilə imzaladıqdan sonra əsas şəhər İzyumda Ukrayna ilə döyüşdüyünü iddia edib. O, 2022-ci ilin aprelində Rusiya qüvvələri tərəfindən saxlanılıb. "Bəli, mən ittihamlarla razıyam" deyən Hubbard sentyabr ayında Moskva Şəhər Məhkəməsinə müraciət edib. Onun məhkəməsi və hökmü Moskva məhkəməsində bağlı qapılar arxasında keçirilib.
Habbardın bacısı Trişa Hubbard Foks əvvəllər Rusiyayönlü fikirlərə sahib olduğunu və qardaşının etirafına şübhə etdiyini deyərək Reuters-ə müsahibəsində bildirib ki, onun heç vaxt silahı olmayıb və heç bir şey etməyib.
“Rusiyanın prokuroru yalan danışır!!! Stiv heç vaxt muzdlu olmayıb. Xarici ölkələrdə ingilis dilini tədris edən ingilis dili müəllimi idi!”, - deyə, bacısı keçən ay Facebook-da paylaşım edib.