Ramazan ayını qeyd etmədiyinə görə iş adamı TUTULDU

Cəmiyyət
02-03-2025 - 11:48
Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksalın addımı ölkədə gündəm olub.
Ajans.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubuna sərt cavab verib.
O, şirkətin 70 illik tarixində heç bir Ramazan ayını qeyd etmədiklərini bildirib.
Məktub ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb və barəsində "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" maddəsi ilə istintaq başlanılıb.
Saxlanıldıqdan sonra iş adamı vəzifəsindən istefa verib.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cəriməl... artırılacaq
Cəmiyyət12:39 / 23-01-25