Rafael Ağayev istefa verir

Rafael Ağayev
Rafael Ağayev
İdman 16-01-2025 - 09:49

Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.

Ajans.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Mən birdənə vitse-prezident olduğumu xatırlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam".

Qeyd edək ki, Rafael bu açıqlamanı sportlife.az-a müsahibəsində deyib.

Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

PAYLAŞ: