Qumar aludəçisi Sərdar Ortaç son qalan evini də satır! - VİDEO
Əvvəllər 15 milyon lirə borcunu ödədiyini və “qumarda 10-15 ev itirdim” deyən Sərdar Ortaç qalan son evini satır.
Ajans.az xəbər verir ki, məşhur sənətçinin Sarıyerdə 8 otaq, 4 qonaq və 4 hamamdan ibarət evi üçün istədiyi qiymət izləyiciləri heyrətləndirib.
Sərdar Ortaç uzun illər qumara aludəçiliyi ilə tanınıb və bu səbəbdən sərvətini itirib.
Yalnız indi yaşadığı evin əlində olduğunu deyən Serdar Ortaç hələ də borclarının olduğunu bildirib. Borclarını ödəyə bilməyən Ortaçın son əmlakını satışa çıxardığı iddia edilir. Sarıyerin dəbdəbəli yerində villada yaşayan məşhur müğənni evini 10 milyon dollara satışa çıxarıb.