Qrenlandiya Trampın ərazi iddialarını təhlükə olaraq görür
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-yə qoşulmasının zəruriliyi ilə bağlı açıqlamaları siyasi müstəqillik üçün təhlükədir.
Ajans.az xəbər verir ki, bunu Qrenlandiya Demokratik Partiyasının sədri Yens Frederik Nilsen deyib.
Millət vəkilinin sözləri Qrenlandiya parlamentinin iclasında siyasi partiyaların və onların gənclər təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edən qanunun qəbul edildiyi zaman səsləndirilib. "Biz özümüzü müdafiə etməliyik" deyə Nielsen çağırış edib.
Bundan əvvəl, noyabrın 3-də keçirilən görüşdə Avropa İttifaqının (Aİ) liderləri Qrenlandiyanı ABŞ-yə qoşulmaqdan qoruyacaqlarına söz vermişdilər. Avropa Şurasının sədri Antonio Kosta Danimarka Krallığının ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının qorunmasının bütün Aİ-yə üzv dövlətlər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Öz növbəsində, naharda Avropa liderləri ilə bir araya gələn NATO-nun baş katibi Mark Rutte təklif edib ki, NATO üzvü olan ölkələr alyans qoşunlarının mümkün yerləşdirilməsi yolu ilə Arktikanın təhlükəsizliyini təmin etsinlər.