Qonşuda dollar bahalaşdı- Azərbaycana təsiri...

Qonşuda dollar bahalaşdı-
Pul
İqtisadiyyat 26-02-2025 - 12:07

Əgər 2025-ci ilin yanvarın 1-də bir Amerika dolları üçün 113 rubl ödəmək lazım idisə, indi buna görə 88 rubl kifayət edir. Həmçinin, ilin əvvəlində 1000 rublu 16 manata dəyişmək mümkün idisə, hazırda bu məbləğ 30 manata yüksəlib. Söhbət odur ki, Rusiyadakı sanksiyalara baxmayaraq, rus rublu bahalaşmaqdadır.

Bəs, rus milli valyutasının bahalaşması ölkədən göndərilən pullara və Rusiyadan ixrac olunan məhsulların qiymətinə necə təsir edəcək?

Məsələni dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli "Ajans.az''-a açıqlamasında bildirib ki, rus rubulunun bahalaşmasının yeganə səbəbi Amerika ilə normallaşmaya bənzər addımların atılmasıdır:

"Bunun başqa iqtisadi səbəbi yoxdur. Yəni, Amerika ilə münasibətlər normallaşdığı və yaxud münasibətlərin düzəlməyə doğru getdiyi üçün rubl möhkəmlənir. Lakin vəziyyətin nə vaxta qədər davam edəcəyi dəqiq bilinmir. Rubl bahalaşdıqca, Rusiyadan idxal olunan məhsulların qiymətinə də istər-istəməz mənfi təsir edir. Bəzi hallarda bunun müsbət tərəfləri də var.

Məsələn, 100 rubulluq məhsul Azərbaycan manatı ilə əvvəllər daha aşağı qiymətə idisə, indiki məqamda tendensiya dəyişir. Azərbaycan daxilində qiymətlərin müəyyən dərəcədə bahalaşmasına şahid ola bilərik. Amma bu vəziyyət uzun müddətli kontraktlara müsbət təsir edə bilər, çünki rus iş adamları uzun müddətli kontraktlara yumşaq şərtlər irəli sürürlər. Buna səbəb isə onların başqa bazarlara çıxış imkanlarının məhdud olmasıdır."

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: