Qızılın qiyməti rekord səviyyəyə çatdı

Gündəm
13-03-2025 - 09:25
Qızıl bahalaşmaqda davam edir.
Ajans.az “Comex” birjasına istinadən xəbər verir ki, qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub.
Qeyd edək ki, bank ekspertləri 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər.