Qırğızıstan prezidenti Azərbaycana gələcək

Qırğızıstan prezidenti Azərbaycana gələcək
Qırğızıstan
Siyasət 09-11-2024 - 11:42

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.

Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi "Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması" adlı tədbirdə çıxışı da planlaşdırılır.

PAYLAŞ: